Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 cavab görüşü keçirilib. Sportnet.az-ın məlumatına görə, İspaniya və Almaniyada keçirilmiş qarşılaşmalar məhsuldarlığı ilə diqqət çəkib.
"Barselona" Fransa PSJ-si ilə görüşdə 0:4 hesablı məğlubiyyətin əvəzini çıxmağı bacarıb. Kataloniya təmsilçisi hesabda 3:0 öndə olduğu vaxt qapısında qol görüb. Bundan sonra "Barsa" daha 3 qol vuraraq, möcüzəni gerçəkləşdirib - 6:1. Beləliklə, PSJ mübarizəni dayandırıb.
Dortmund "Borussiya"sı da Portuqaliya "Benfika"sından ilk görüşdəki 0:1 hesablı məğlubiyyətin əvəzini artıqlaması ilə çıxıb. 4:0 hesablı qələbə qazanan Tomas Tuxelin baş məşqçi olduğu komanda lissabonluları darmadağın edib - 4:0. Qollardan 3-nü Pyer-Emerik Obameyanq vurub.
Beləliklə, "Barselona" və Dortmund "Borussiya"sı 1/4 finala yüksəlib. Ötən gün də məhz Almaniya və İspaniya təmsilçiləri - "Bavariya" və "Real Madrid"i bu vəzifənin öhdəsindən gəlib.
Çempionlar Liqası
1/8 final mərhələsi, cavab oyunları
8 mart
23:45 "Barselona” (İspaniya) – PSJ (Fransa) - 6:1
Qollar: Luis Suares, 3. Layvin Kurzava, 40. Lionel Messi, 48-penalti ilə. Neymar, 88; 90-penalti ilə. Serxi Roberto, 90+5 - Edinson Kavani, 62
Baş hakim: Deniz Aytekin (Almaniya)
İlk oyun – 0:4
23:45 "Borussiya” (Dortmund, Almaniya) – "Benfika” (Portuqaliya) - 4:0
Qol: Pyer-Emerik Obameyanq, 4; 61; 85. Kristian Pulişiç, 59
Baş hakim: Martin Atkinston (İngiltərə)
İlk oyun – 0:1