Futbol üzrə Azərbaycan I Divizionunda fevral ayının ən yaxşı qolunun müəllifi Kamil Nurəhmədov ("Mil-Muğan") mükafatlandırılıb.
Sportnet.az-ın Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən verdiyi məlumata görə, azarkeşlər, jurnalistlər və PFL tərəfindən keçirilən sorğuda rəqiblərini qabaqlayan futbolçuya xüsusi mükafat hazırda davam edən "Mil-Muğan” – "Zaqatala” görüşündən öncə təqdim edilib.
Qalib xüsusi mükafatı Peşəkar Futbol Liqasının Texniki İdman Departamentinin rəisi Zamiq Hüseynovdan aldı.