Futbol üzrə Azərbaycan I divizionunda XX turun oyunları üçün təyinatlar açıqlanıb.
Sportnet.az-ın məlumatına görə, FİFA referisi Rəhim Həsənov I diviziona göndərilib.
Premyer Liqanının son turunda "Qarabağ” – AZAL (1:0) matçını idarə edən Həsənov "Şəmkir” – "Mil-Muğan” qarşılaşmasında fit çalacaq.
I Divizion
XX tur
16 mart (cümə axşamı)
13:30 "Rəvan” – "Qaradağ Lökbatan”
Hakimlər: Nahid Xasıyev, Coşqun Həsənov, Vüsal Qənbərov, Bəxtiyar Gözəlov
Hakim-inspektor: Rüfət Əliyev
"Bayıl Arena”
14:00 "Ağsu” – "Səbail”
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Mehman Mahmudov, Mahir Məmmədov
Hakim-inspektor: Samir Kərəmov
Ağsu şəhər stadionu
15:00 "Turan Tovuz” – "Bakılı”
Hakimlər: Sərxan İsmayılov, Samir Hacıyev, Səbuhi Soltanov, Samir Hüseynov
Hakim-inspektor: Əvəz Şıxıyev
Tovuz şəhər stadionu
15:00 "Şəmkir” – "Mil-Muğan”
Hakimlər: Rəhim Həsənov, Rahil Ramazanov, Elşən Acalov, Rövşən Rəcəbov
Hakim-inspektor: Ramiz Əsədov
Şəmkir Olimpiya İdman Kompleksinin stadionu
17 mart (cümə)
15:00 "Zaqatala” – MOİK
Hakimlər: Ziya Nəsirov, Teymur Teymurov, Elşad Abdullayev, Anar Göyçayski
Hakim-inspektor: Namiq Qasımov
Zaqatala şəhər stadionu
15:00 "Şahdağ” – "Göyəzən”
Hakimlər: Hacıəli Ağayev, Samir Ələsov, Məmmədəli Kərimov, Teymur Fərhadov
Hakim-inspektor: Eldar Əlixanov
Şövkət Orduxanov adına Qusar şəhər stadionu
15:00 "Şərurspor” – "Energetik”
Hakimlər: Alik Yunusov, Elnur Ağayev, Aleksandr Musatkin, Muxtar Acalov
Hakim-inspektor: Əlibala Ələsgərov
"Bakı” FK-nın təlim-məşq bazasının stadionu