1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Vladislav Qədirov: "AFFA “Rəvan”ı qovmaqla düz edib"
"Əlbəttə, Almaniyaya qarşı ağır olacaq. Çünki rəqib dünya çempionudur. Bu cür rəqiblərə qarşı oynamaq çətindir. Hətta oyuna köklənmək də asan olmur. Təbii ki, millimizin uğurlu nəticə qazanmasını istərdik”. Bunu Sportnet.az-a açıqlamasında milli komandamızın formasını geyinmiş Vladislav Qədirov deyib.
Qədirov Azərbaycan milli komandasının Almaniya ilə 2018-ci il dünya çempionatının seçmə oyununda xal qazanma şanslarının çətin olduğunu söyləyib: "Hər şeyə real baxmaq lazımdır. Almaniya Bakıda xal itirməmək istəyəcək. Əsas odur ki, millimizə cəlb olunanlar da özlərini göstərsinlər, yeni gələnlər millimizə kömək olsunlar. Milliyə cəlb olunanlar xoşbəxtdirlər ki, Almaniya kimi yığmaya qarşı oynayacaqlar. Bu cür əla şansdan istifadə etmək lazımdır. İstənilən halda millimizə uğurlar arzu edirəm. Dünya çempionuna qarşı layiqli şəkildə mübarizə aparıb uduzmaq da, məncə, pis olmazdır. Əsas odur millimiz meydanda mübarizə aparsın”.
Təcrübəli mütəxəssis AFFA-nın millimizə yeni cəlb etdiyi Renat Dadaşov və Riçard Almeyda haqda da danışıb: "Renat Dadaşov gəncdir, bilmirəm millimizə kömək ola bilər ya, yox. Hər şeyi zaman göstərəcək. Ancaq təbii ki, gənclərə də nə vaxtsa şans vermək olar. Almaniyaya qarşı görüş çox ciddidir. Riçard Almeyda isə bizə çox kömək olacaq. Çünki o, vacib oyunçudur. Amma heyf ki, Almeyda indi yox, bir neçə ay sonra oynayacaq”.
Qədirov baş məşqçi kimi çalışdırdığı "Rəvan”ın birinci diviziondan qovulmasına isə bu cür münasibət bildirib: "Təbii ki, "Rəvan”ın çempionatdan qovulması çox üzücüdür. "Rəvan”da 7-8 il keçirmişəm. Komanda haqda bu cür söz-söhbətlər eşitmək yaxşı hal deyil. Həqiqətən oyun alqı-satqısı təsdiq edilibsə, o zaman düzgün qərar veriblər. Bu cür komandalara Premyer Liqada yer yoxdur. Çünki bu, idmandır. Oyun alqı-satıqısı haqda çox eşitmişdim, ancaq konkret "Rəvan” haqda deyildi. Düşünürdüm ki, əgər belə bir şey varsa, niyə AFFA qərar qəbul etmir? Görünür, iş o yerə çatıb və AFFA komandaları qovur. Fikrimcə, hər şey təsdiq olunubsa, AFFA "Rəvan”ı çempionatdan qovmaqla düz edib”.