1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
UEFA Rusiyanı Azərbaycana rəqib olmağa qoymadı
Rusiya 2018-2019 mövsümündə Avropa klub turnirlərindən heç birinin final matçına ev sahibliyi edə bilməz.
Sportnet.az-ın məlumatına görə, bu barədə UEFA baş katibinin müavini Corcio Marketti açıqlama verib. O bldirib ki, Çempionlar Liqası və ya Avropa Liqasında həlledici qarşılaşmaya UEFA-nın fevralda təsdiqlədiyi namizədlər iddia edə bilərlər: "Artıq yeni ərizə vermək olmaz. Unutmayın ki, Rusiya 2018-ci ildə dünya çempionatı keçirəcək, 2020-ci il Avropa çempionatında isə Sankt-Peterburq təşkilatçı şəhərlərdən biri olacaq. Rusiya belə nəhəng idman hadisələrinin təşkilatçısı rolunda çıxış edəcək. Deyə bilmərəm ki, bu ölkə sadaladığım səbəblərdən 2019-cu ilin avrokubok finallarına namizədliyini verməyib. Rusiya istənilən turnirin final matçına tam iddia edə biləcək potensiala malikdir. Dünya çempionatından sonra bunun üçün orada bütün lazımi şərait olacaq".
Qeyd edək ki, Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko 2018-2019 mövsümündə avrokubokların final oyunlarına namizədliklərini vermək imkanlarını araşdırdıqlarını açıqlayıb. Həm Çempionlar Liqası, həm də Avropa Liqasında həmin mövsümün həlledici qarşılaşmalarına Bakı şəhəri də namizədliyini irəli sürüb.