1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ"dən 50 qol və 51 xal
Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında XXIV turun oyunları keçirilib.
Sportnet.az-ın məlumatına görə, yarışın lideri olan "Qəbələ” öz meydanında "Zirə” ilə qarşılaşıb. Matça fəal başlayan Hüseynqulu Quliyevin komandası ilk yarının ortalarında hesabı açıb. Ülvi İsgəndərov qonaqların qapısına təyin olunan penaltini dəqiq yerinə yetirib. Bu qol matçın taleyini həll edib. 1:0 hesabı ilə qalib gələn "qırmızı-qaralar” ardıcıl 2-ci qələbəsini qazanıb. İsgəndərovun qolu mövsümün ən məhsuldar komandası olan "Qəbələ”nin çempionatda 50-ci topu olub.
Beləliklə, liderliyini möhkəmlədən "Qəbələ”nin əvəzediciləri xal hesabını 51-ə çatdırıb.
Turun nəticələri:
1 aprel (şənbə)
"Qəbələ” - "Zirə” - 1:0
Qol: Ülvi İsgəndərov, 22-penalti ilə
"Qarabağ” - "Kəpəz” - 2:0
Qollar: Şahin Əliyev, 77. İbrahim Aslanlı, 90+1
"Sumqayıt” - "Neftçi” - 1:1
Qollar: Vüsal Buludlu, 90+2 - Anton Krivotsyuk, 56
"İnter” - AZAL - 0:1
Qol: Renat Aşurov, 15