"Turun ən maraqlı oyunlarından biri "İnter”- AZAL qarşılaşması olacaq. Çünki biz üçüncü yeri rəsmiləşdirə bilərik. AZAL isə Premyer Liqada düşməmək üçün oynayacaq. Biz qalib gələrək həm üçüncü pilləni rəsmiləşdirib, həm də avrokuboklara yollanmaq niyyətindəyik. Bizim üçün önəmli matçdır”. Bunu Sportnet.az-a açıqlamasında "İnter”in qolkiperi Orxan Sadıqlı deyib.
Sadıqlının fikrincə, əgər bir çox problemlər olmasaydı "İnter” çempionluq uğrunda da oynaya bilərdi: "Əlbəttə ki, çempionluq uğrunda da oynaya bilərdik. Ancaq oynaya bilməməyimizin səbəbi də çoxdur. Futbolçularımızın bəziləri başqa komandaya keçdi, bir ildə dörd dəfə prezident dəyişdi. Hazırkı vəziyyət ancaq üçüncü pillə üçün oynamağımıza imkan verir. İndi maksimum nəticə üçüncülükdür. Bu gün də onu təmin edə bilərik.
Özüm öz çıxışım barədə nəsə desəm doğru çıxmaz. Ancaq çalışıram ki, hər zaman komandama kömək edim. Bunu bacardıqca da , ürəyimcə gedəcək hər şey”.