"Neftçi” matçına çox ciddi hazırlaşmışdıq. Bu matç bizim üçün final görüşü idi. Çünki bizə yalnız qələbə sərf edirdi. Şadam ki, istəyimizə çatdıq. Əgər məğlub olsaydıq, ya heç-heçə olsaydı bizim üçün avrokuboklar şansı qalmayacaqdı”. Bunu Sportnet.az-a açıqlamasında "Sumqayıt”ın kapitanı Vurğun Hüseynov deyib.
"Gənclik şəhəri” təmsilçisinin müdafiəçisi komandasının avrokuboklar şansını bu cür dəyərləndirib: "Neftçi”nin güclü və zəif cəhətlərini məşqçilərimiz bizə demişdi. Biz də kollektiv şəkildə "Neftçi”nin güclü nöqtələrinin qarşısını aldıq, zəif cəhətlərindən istifadə etdik. Qarşıda dörd oyunumuz var. "Neftçi” də bizə çata bilər. Çünki "Zirə”nin "Neftçi” ilə, bizim də "Zirə” ilə oyunumuz var. Hər şey mümkündür. Ancaq özümüzdən çox şey asılıdır. Çətin AZAL səfərimiz var, arxasınca da "Zirə” ilə evdə oynayacağıq. Demək olar ki, çox şey özümüzdən asılı olacaq. Hər oyun bizim üçün final matçıdır. Oyunlarımızdan maksimum nəticə qazanmaq istəyirik”.