"Azərbaycana qayıtmaq barədə düşünməmişəm. Çünki heç bir təklif olmayıb. Ancaq Azərbaycandakı karyeramın yaxşı alındığını deyə bilərəm. Bəli, bir mövsüm "Xəzər Lənkəran”da oynadım. Məncə, heç də pis alınmadı oradakı karyeram”. Bu sözləri Sportnet.az-a açıqlamasında Dimitris Sialmas deyib.
2012/2013 mövsümün "Xəzər Lənkəran” forması geyinmiş 30 yaşlı hücumçu hazırda Yunanıstanın "Panaxaiki” klubunda oynayır. O, "Xəzər Lənkəran”ın hazırda Premyer Liqada iştirak etməməsinə bu cür şərh verib: "Xəzər Lənkəran”da oynayan vaxtı Azərbaycanın bir çox klubuna qarşı oynamışam.
Məncə, Azərbaycanda ən böyük klublardan biri elə "Xəzər Lənkəran” idi. Təbii ki, bu cür komandanın yüksək liqada olmaması yaxşı hal deyil. Məncə, bu komanda çempionata daha çox maraq və güc qatırdı”. Sialmas karyerası ərzində "Panionios”, "PAS Gianina”, AEK kimi klubların formasını geyinib.