1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"İnter" Xəqani Məmmədovu söyən futbolçunu qovdu
Bakı "İnter”inin 19 yaşadək futbolçulardan ibarət komandasının üzvü Tural Osmanov klubdan qovulub.
Sportnet.az xəbər verir ki, bu barədə "Report”a paytaxt təmsilçisinin müvafiq yaş qrupu üzrə komandasının baş məşqçisi Xəqani Məmmədov bildirib.
41 yaşlı mütəxəssis deyib ki, U-19 Liqasının XXV turu çərçivəsində baş tutan "Neftçi” - "İnter” (1:0) görüşündə futbolçu onu təhqir etdiyi üçün komandadan kənarlaşdırılıb. Baş məşqçinin sözlərinə görə, xoşagəlməz hadisə T.Osmanova tapşırıq verdiyi vaxt baş verib: "Matçın əvvəlində ona necə oynaması ilə bağlı göstəriş verdim. Futbolçu isə dediyimi yerinə yetirmək əvəzinə məni təhqir etdi. Ona görə də baş hakim tərəfindən qırmızı vərəqə gördü. Matçdan sonra isə onu klubdan xaric etdik. Osmanov müqavilə ilə "Neftçi”yə məxsusdur, "İnter”də icarə əsasında çıxış edirdi”.
Qeyd edək ki, AFFA İntizam Komitəsinin bugünkü iclasında "Neftçi” - "İnter” qarşılaşmasının 15-ci dəqiqəsində öz komandasının baş məşqiçisini təhqir etdiyi üçün referi tərəfindən meydandan qovulan Tural Osmanova 4 oyunluq