1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"İnter" rəsmən avrokubokda
Azərbaycanı 2017-2018 mövsümündə Avropa kuboklarında təmsil edəcək daha bir futbol klubunun adı müəyyənləşib.
Sportnet.az-ın "Report"un məlumatına görə, bu, Bakı "İnter"idir. Zaur Svanadzenin baş məşqçi olduğu komanda Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşləri yekunlaşdıqdan sonra qitəmiqyaslı turnirlərə vəsiqəni təmin edib. "Bankirlər" "Qəbələ"yə evdə 1:3, səfərdə isə 0:2 hesabı ilə uduzsa da, "Qarabağ"ın "Neftçi"ni üstələməsindən (2:0, 0:0) sonra avrokuboklarda iştirak hüququna yiyələnib. Flaqmanın finala yüksələ bilməməsi Avropaya ilk "4-lük"dəki komandaların yollanacaqları anlamına gəlir.
Hazırda 4 belə komandadan 3-ü məlumdur. "Qarabağ", "Qəbələ" və "İnter" həm də çempionluq uğrunda mübarizə aparır. 4-cü vəsiqəyə isə "Zirə", "Sumqayıt", "Neftçi" və "Kəpəz" iddialıdır.
Qeyd edək ki, UEFA "İnter"in bu mövsüm qış və yay transferləri etməsinə qadağa qoyub. Ona görə də maddi problemlər yaşayan komandanın avrokuboklarda iştirakı sual altına düşüb. "Bankirlər" ya hazırkı heyətdəki futbolçularla müqaviləni yeniləməli, ya da qitəmiqyaslı turnirlərdən kənarda qalmalıdır.