1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Dibala ilə dübarə ŞOK!
İtaliyanın "Yuventus" klubunun futbolçusu Paulo Dibala İspaniya "Barselona"sı ilə Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk görüşündə iki əlamətdar olayın səbəbkarı olub.
Sportnet.az-ın məlumatına görə, Kataloniya təmsilçisi bu mövsüm bütün turnirlərdə qapısında ən erkən qolu görüb. O, rəqəmlər 6:34-ü göstərərkən adını tabloya yazdırıb.
Argentinalı hücumçu növbəti qolu 22-ci dəqiqədə vurub. Bununla da Dibala "Barsa" ilə oyunda ən erkən "dubl" edən futbolçular siyahısında 2-ci yerə yüksəlib. İlk dəfə 2004-cü ildə Ukrayna "Şaxtyor"unun sabiq forvardı Culius Aqahova kataloniyalılara 21 dəqiqəyə 2 qol vurub. Bu göstəricidə üçüncü yer İngiltərə "Nyukasl"ının hücumçusu Faustino Asprilyaya (1997-ci il, 31 dəqiqə), dördüncü yer isə Ukrayna yığmasının hazırkı baş məşqçisi və Kiyev "Dinamo"sunun keçmiş forvardı Andrey Şevçenkoya (1997-ci il, 32 dəqiqə) məxsusdur.