Gürcüstanın paytaxtı Tbilisidə Vitali Daraseliyanın xatirəsinə keçirilən turnirdə "Qəbələ"nin 16 yaşadək futbolçulardan ibarət komandası 5 - 8-ci yerlər uğrunda mübarizəyə qoşulub.
Sportnet.az-ın məlumatına görə, "qırmızı-qaralar”ın rəqibi Xorvatiyanın "Dinamo” klubu olub. Şəhruz Mustafayevin baş məşqçi olduğu komanda Zaqreb təmsilçisi ilə görüşdə 1:0 hesabı ilə qalib gəlib. "Qəbələ”nin heyətində Samir Qurbanov fərqlənib. Bu gün turnirdə son oyunlar keçiriləcək. "Qırmızı-qaralar” 5-ci yer uğrunda matçda Türkiyənin "Trabzonspor” komandası ilə görüşəcək.
Yarışın qalibi isə "Alkmaar” (Hollandiya) – "Dinamo” (Kiyev, Ukrayna) matçında müəyyənləşəcək. "Gent” (Belçika) və "İnter” (İtaliya) 3-cü, Tiflis və Zaqrebi təmsil edən "Dinamo” komandaları isə 7-ci yer uğrunda matçda üz-üzə gələcək.