
Ölkəmizdə səfərdə olan UEFA-nın Məşqçilərin Təhsili şöbəsinin müdiri Frank Ludolf, AFFA-nın baş katibi Elxan Məmmədov, Texniki direktor Bernhard Lippert və Kütləvi futbolun koordinatoru Cahangir Həsənzadə "Məktəblərdə futbol dərsi” layihəsi çərçivəsində 201 və 65 saylı orta məktəblərdə keçirilən dərsləri və məşq prosesini izləyiblər.
Sportnet.az-ın assosiasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, UEFA-nın nümayəndəsi dərslərin gedişindən razılığını bildirib. O, qeyd edib ki, UEFA tərəfindən bu layihə çərçivəsində Avropanın cəmi 6 assosiasiyasına köməklik göstərilir.