2017-2018 mövsümündə Azərbaycan Premyer Liqası və Avropa kuboklarında çıxış etmək istəyən klubların lisenziyalaşma məsələsinə mayın 10-da baxılacaq. Sportnet.az xəbər verir ki, bu barədə "Report"a AFFA-nın baş katibi Elxan Məmmədov bildirib.
Onun sözlərinə görə, qitəmiqyaslı yarışlarda və elitada mübarizə üçün müraciət edənlərin taleyinə həmin gün aydınlıq gələcək: "Kim lisenziya alsa, o da vəsiqə qazanacaq".
Qeyd edək ki, bir müddət əvvəl AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov gələn mövsüm Premyer Liqada maksimum 10 komandanın çıxış edəcəyini açıqlayıb. Çempionlar Liqasına "Qarabağ", Avropa Liqasına isə "Qəbələ", "İnter" və "Zirə" vəsiqə qazanıb.







































































