İtaliya millisinin sabiq baş məşqçisi Çezare Prandelli BƏƏ-nin "Əl-Nəsr" komandasının sükanı arxasına keçib. Sportnet.az-ın məlumatına görə, 59 yaşlı mütəxəssisin təqdimat mərasimi mayın 29-da olacaq.
O, Dubay təmsilçisində yeni vəzifədə Dan Petreskunu əvəzləyib. Prandellinin son iş yeri 2016-cı ilin dekabrında tərk etdiyi İspaniya "Valensiya"sı olub. Əvvəllər italiyalı mütəxəssis İtaliyanın "Roma" və "Fiorentina", həmçinin Türkiyənin "Qalatasaray" klublarında çalışıb.