1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Maşallah Əhmədov işində mərmər daşlara baxış keçirildi
Dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun işi üzrə hadisə yerində mərmər daşlara baxış keçirilib.
Sportnet.az-ın "Report"a istinadən məlumatına görə, baxış "Sahil" MTK-nın inşa etdiyi binada baş tutub.
Baxışda Bakı Apellyasiya Məhkəməsinin hakimi Faiq Qasımovun sədrlik etdiyi kollegiya, prokuror, M.Əhmədov, onun vəkilləri, zərərçəkmiş Yusif Əzizov da iştirak edib.
Binanın qarşısında zərərçəkmiş Y.Əzizov hakimə arayış verib. O, aqlay daşları, onların ölçüləri və qiyməti barədə danışıb. Sonra tərəflər binanın üzlüyünə və pilləkənlərə vurulan mərmər daşlara baxış keçiriblər.
Həmçinin, binanın qarşısında baxış keçirən hakimlər jurnalistlərin çəkiliş aparmasına imkan verməyiblər.
Bundan sonra hakimlər binanın içəri hissəsində olan daşlara da baxış keçiriblər.
M.Əhmədovun vəkili Əli Hüseynov bildirib ki, baxış zamanı müvəkkili haqlı çıxıb.
Növbəti proses iyunun 6-da davam edəcək.