1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azarkeşlər tribunaya çörək arasında fişəng keçirdi - FOTOLAR
Türkiyə Super Liqasına vəsiqə uğrunda "Eskişehirspor" və "Göztəpə" komandaları arasında Antalyada keçirilmiş final oyunu 3 dəfə dayandırılıb. Sportnet.az-ın məlumatına görə, baş hakim Ali Palabıyık ilk dəfə ikinci hissənin əvvəlində komandaların oynamasına icazə verməyib.
Səbəb atılan məşəllər üzündən meydanın görünməz vəziyyətə düşməsi olub. Qarşılaşma 9 dəqiqə sonra davam etdirilib. Lakin 27-ci dəqiqədə 5 dəqiqə, 35-ci dəqiqədə isə 3 dəqiqə ara verilib. Nəticədə ilk yarıya 17 dəqiqə əlavə edilib.
Oyundan əvvəl axtarışlar aparan polislər sendviç çörəkləri arasına yerləşdirilmiş fişəng və petardalar tapıblar. Bununla belə, tribunalara yanar maddələri keçirənlər olub.
Qeyd edək ki, görüşün əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Əlavə vaxtda qol vurulmadığından, qalib penaltilər seriyasında müəyyənləşib. "Göztəpə" 3:2 hesablı üstünlüklə Super Liqaya vəsiqə qazanıb.