1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ronaldu "Barselona"ya qarşı oynamayacaq
İspaniyanın "Real Madrid” komandasının futbolçusu Kriştianu Ronaldu Çempionlar Kuboku turnirində iştirak etməyəcək.
Sportnet.az-ın "Marca”ya istinadən verdiyi məlumata görə, buna səbəb "kral klubu”nun baş məşqçisi Zinəddin Zidanın 32 yaşlı portuqaliyalı hücumçuya istirahət verməsidir.
Fransalı mütəxəssis ötən mövsümün yekunlarına əsasən belə yanaşmanın səmərəli olduğunu düşünür və Portuqaliya yığmasının üzvünün heç də bütün qarşılaşmalarda meydana çıxmalı olduğu düzgün hesab etmir.
Bu isə o deməkdir ki, K.Ronaldu ABŞ-da təşkil olunacaq turnirdə mübarizə apracaq İtaliyanın "Yuventus”, İspaniyanın "Barselona” və sabiq komandası – İngiltərə təmsilçisi "Mançester Yunayted”ə qarşı forma geyinməyəcək.
O, böyük ehtimalla, avqustun 8-də Makedoniyada baş tutacaq UEFA Superkuboku uğrunda "Mançester Yunayted”lə görüşdə də iştirak etməyəcək.
Qeyd edək ki, Çempionlar Kuboku 22 – 29 iyunda keçiriləcək.