1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Villaş-Boaşdan meşə yanğını qurbanlarına 100 min avro
Çinin "Şanxay” futbol komandasının portuqaliyalı baş məşqçisi Andre Villaş-Boaş ölkəsində baş verən meşə yanğınları zamanı xəsarət alanlara yardım məqsədi ilə 100 min avro məbləğində ianə verəcək.
Sportnet.az-ın məlumatına görə, 40 yaşlı mütəxəssis bu barədə şəxsi "Instagram” səhifəsində paylaşım edib. O, faciə qurbanlarına dəstək verənlərə minnətdarlığını çatdırıb.
Karyerası ərzində Portuqaliyanın "Portu”, İngiltərənin "Çelsi” və "Tottenhem”, Rusiyanın "Zenit” komandalarına rəhbərlik edən Villaş-Boaş Portuqaliya və Rusiya çempionu tituluna sahib olub. O, 2011-ci ildə "Portu” ilə Avropa Liqasını qazanıb.
Qeyd edək ki, iyunun 18-də Portuqaliyanın mərkəzi hissəsində baş verən meşə yanğınları zamanı 62 nəfər ölüb, 59 nəfər xəsarət alıb. Çoxsaylı insan tələfatı ilə əlaqədar ölkədə iyunun 20-dək milli matəm elan edilib.