U-21 yığma komandamızın şərəfini qorumuş Tural Hümbətov karyerasını ölkə xaricində davam etdirəcək. Sportnet.az-ın məlumatına görə, Hümbətov Makedoniya yüksək liqasında çıxış edəcək. O, bir neçə gündür ki, baxışda olduğu "Pobeda" klubu ilə müqavilə imzalayıb. Stoper qarşıdakı bir ili məhz Makedoniya klubunda oynayacaq.
Qeyd edək ki, "Zenit"in yetirməsi olan Tural Hümbətov son olaraq AZAL-ın formasını geyinib.