Premyer Liqanın yeni mövsümündə "Kəpəz”in kapitan sarğısını Şəhriyar Rəhimov daşıyacaq.
Sportnet.az-ın Gəncə təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, ötən mövsümdə komandanın vitse-kapitanı olan müdafiəçi komanda üzvlərinin seçiminə əsasən sarğını daşımağa layiq görülüb.
Rəhimov son iki mövsümdə "sarı-göylər”in kapitanı funksiyasını yerinə yetirmiş Tural Axundovun gedişindən sonra Gəncə klubunun yeni kapitanı olub.
"Kəpəz”in vitse-kapitanları isə Şəhriyar Əliyev və Kərim Diniyev olacaq. Kərim ilk dəfə vitse-kapitan vəzifəsini daşıyacaqsa, Şəhriyar ötən mövsümdə də eyni statusda olub.