
"Qalatasaray"ın baş məşqçisi İqor Tudor bir futbolçunu komandadan qovub. Sportnet.az-ın Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, "Diosqyor"la matçda şans verilməməsinə görə, Tudora etiraz edən Luis Kavanda komandadan göndərilib. Xorvatiyalı mütəxəssisin göstərişilə komandanın düşərgəsini tərk edən Kavanda İstanbula qayıdıb.