Türkiyədə təlim-məşq toplanışını davam etdirən "Səbail” komandası ikinci yoxlama oyununu keçirib.
Sportnet.az-ın məlumatına
görə, yeni mövsümdə Azərbaycan Premyer Liqasında mübarizə aparacaq paytaxt təmsilçisi
Səudiyyə Ərəbistanının "Əl-İttifaq" kollektivi ilə qarşılaşıb. Matç "Səbail”in
1:4 hesablı məğlubiyyəti ilə nəticələnib. Komandanın heyətində yeganə qolu
Murad Ağayev vurub.
Qeyd edək ki, "Səbail"in növbəti rəqibi iyulun 24-də
Özbəkistanın "Paxtakor" komandası olacaq. Samir Əliyevin baş məşqçisi
olduğu kollektiv ilk matçda Omanın U-23 yığması ilə qolsuz heç-heçə edib.