
Azərbaycanlı futbolçu Samir Məsimovun formasını geyindiyi Rusiya "Fakel”i növbəti oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, I divizion təmsilçisi III tur çərçivəsində Sankt-Peterburq "Dinamo”sunun qonağı olub.
Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Məsimov bu görüşdə ehtiyatda qalıb.
Qeyd edək ki, "Fakel” hazırda 2 xalla 14-cü pillədə qərarlaşıb.