Avropanın klub futbolunda idman və iqtisadi mühitin inkişafı məqsədilə UEFA-nın Klubların Lisenziyalaşdırılması Komitəsi (UEFA Club Licensing Committee) gələcək mövsümlər üçün nəzərdə tutulmuş Klubların Lisenziyalaşdırılması və Maliyyə Fair Play Qaydalarının təkmilləşdirilməsi ilə bağlı qərar qəbul edib.
Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu məqsədlə Komitə UEFA-nın nəzdində Klubların Lisenziyalaşdırılması üzrə İşçi Qrupu (Club Licensing Working Group) yaradıb.
Səkkiz nəfərdən ibarət olan İşçi Qrupunun tərkibinə Almaniya, İngiltərə, İtaliya, Belçika, İslandiya, Kipr və Sloveniya Futbol Federasiyalarının nümayəndələri ilə bərabər AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov da daxil edilib.
Qeyd edək ki, İşçi Qrupunun ilk iclası bu ilin oktyabrında Monteneqroda keçiriləcək.