Türkiyənin "Fənərbağça” klubu son iki mövsümdə İspaniya təmsilçisi "Vilyarreal”ın formasını geyinən Roberto Soldado ilə razılıq əldə edib.
Sportnet.az-ın "Fanatik”ə istinadən verdiyi məlumata görə, 32 yaşlı mərkəz hücumçusunun müqavilə bağlamaq üçün bu gün və ya sabah İstanbula gələcəyi gözlənilir.
Qeyd edək ki, İspaniya yığmasının heyətində 12 oyun keçirib, 7 qola imza atan Roberto Soldado "Real Madrid”in yetirməsidir. O, karyerası ərzində ölkəsində "Osasuna”, "Hetafe” və "Valensiya”nın, İngiltərədə isə "Tottenhem”in şərəfini qoruyub.