1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ulduz futbolçu narkobaronla əlaqəsindən danışdı
İspaniyanın "Barselona” klubunun sabiq futbolçusu Rafael Markes onun adının ABŞ-ın maliyyə nazirliyinin narkotik ticarəti ilə məşğul olmaqda şübhəli bilinən şəxslərin siyahısına daxil edilməsi xəbərinə münasibət bildirib.
Sportnet.az-ın ESPN nəşrinə istinadən verdiyi məlumata görə, Meksika yığmasının kapitanı məlumatı təkzib edib. O, cinayətkar şəbəkə ilə əlaqəsinin olmadığını söyləyib: "Bir neçə xəbər agentliyi mənim ABŞ-ın maliyyə nazirliyinin narkotik ticarəti ilə məşğul olmaqda şübhəli bilinən şəxslərin siyahısında yer aldığımı yazıb. Bu cür təşkilatla əlaqəmin olmasını qəti şəkildə təkzib edirəm. Hüquqi məsuliyyətimi bilirəm və dərhal məsələnin tənzimlənməsi üçün vəkilimlə birgə işə başlayıram”.
Xatırladaq ki, məşhur narkobaron Raul Flores Ernandeslə əlaqədə şübhəli bilinən 21 şəxsin və 43 təşkilatın yer aldığı siyahıda 38 yaşlı mərkəz müdafiəçinin də yer aldığı bildirilirdi.
Qeyd edək ki, hazırda Meksikanın "Atlas” klubunun formasını geyinən Rafael Markes 2003-2010-cu illərdə "Barselona”da çıxış edib.