AFFA Klublar Komitəsinin bugünkü iclasının gündəliyi müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, gündəliyə 4 məsələ salınıb...
İclasın gündəliyinə aşağdakı məsələlər daxil edilib:
1. U-19 Liqasında çıxış edən komandaların heyətində 8 nəfər 2000-ci və daha sonra 3 nəfər 1999-cu il və daha sonra təvəllüdlü futbolçunun çıxış etməsi barədə
2. Stadionları təmirdə olan klubların ev oyunlarını keçirəcəkləri stadionlarıa bağlı müzakirə
3. Xarici ölkədə doğulan, xarici ölkənin vətəndaşı olan, etnik baxımdan Azərbaycana hər hansı bağlılığı olan (FİFA qaydalarına müvafiq) futbolçuların klublarımızda qeyri-legioner statusu ilə çıxış etməsi
4. Premyer Liqa və ölkə kuboku uğrunda yarışın oyun protokoluna 23 futbolçunun daxil edilməsi ilə barədə PFL-in qəbul etdiyi qərara münasibət.