"Qəbələ"nin xorvatiyalı yarımmüdafiəçisi Filip Ozobiç Azərbaycan Premyer Liqasının I turunda "İnter" üzərində 2:1 hesablı qələbədən sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir...
- İlk oyunu oynamaq həmişə çətin olur. Mövsümə qələbə ilə başlamaq istəyirdik, bunu da bacardıq.
- "İnter" fərqi azaltdıqdan sonra qələbəni əldən verəcəyinizdən qorxmurdunuz?
- Hər şey ola bilərdi. Lakin biz qələbəyə əmin idik. Üstəlik, biz də əlavə qollar vura bilərdik.- Penaltini vurmazdan əvvəl Cavid Hüseynovla aranızda fikir ayrılığı yaşandı...
- Əsas odur ki, penaltidən fərqləndim. Belə şeylər olur, normaldır. Gələn dəfə Cavid vurar.- "Qəbələ" bu il çempion ola biləcək?
- Çempionluğa oyayırq. Mövsüm irəlidədir. Hələ ilk qələbəmizi qazandıq. Necə olacağını görəcəyik.- Əsas rəqibiniz "Qarabağ" mövsümə "Neftçi" üzərində 3:1 hesablı qələbə ilə başladı. Bu barədə nə deyə bilərsiniz?
- Bəli, qalib gəldilər. "Qarabağ" fasilədə 2-3 oyunçu gətirib, stabil heyətləri var.- Avrokubokla vidalaşmaq komandaya pis təsir etmir?
- Artıq olan olub. Avropa Liqasını unutmuşuq. Çempionata köklənməliyik.
- Bunu agentimdən soruşmaq lazımdır.
- Çin toplanışından sonra Xorvatiya millisinə dəvət almadınız...
- Başqa oyunçular çağırdılar. Xorvatiya millisinin güclü heyəti var.