1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rauf Əliyev "İnter"i hədələdi
3 gün Albaniyanın paytaxtı Tiranada olsa da, Rauf Əliyev hələ də "Kukesi" klubu ilə müqavilə bağlaya bilməyib.
Sportnet.az-ın məlumatına görə, təcrübəli hücumçu bunu Bakı "İnter"indən ona transfer vərəqinin verilməməsi ilə əlaqələndirib. O, "İnter"lə müqaviləsinin rəsmən başa çatdığını iddia edib: "Söhbət PFL və UEFA-ya təqdim edilən müqavilədən gedir. Sadəcə "İnter" 1 illik müqaviləmin olduğunu bildirir. Onların dediyi müqavilə boş şeydir. Buna görə də transfer vərəqimi vermirlər".
Əliyev "İnter"ə bu məsələyə görə UEFA-dan cəza gələ biləcəyinə də eyham vurub: "Məsələ gec-tez həll olunacaq. Ancaq həll olunanda "İnter"ə pis olacaq. Mən isə bunu istəmirəm. İstəyirəm ki, hər şey "İnter"in xeyrinə olsun... Başqa vaxt deyirlər ki, azərbaycanlı futbolçu xaricdə oynamır. İndi imkan vermirlər ki, gedib xaricdə oynayaq. Oynamağımıza maneə yaradırlar. Halbuki mən "İnter"in pis vaxtlarında komandaya kömək etmişəm. Heç olmasa, buna görə problem yaradılmasın".
Albaniya mətbuatında azərbaycanlı forvardın müqavilə imzalamamasının səbəbi kimi, onun ingilis və rus dillərində bilməməsi göstərilib. Rəsmi təqdimat mərasimi keçirməyi planlaşdıran "Kukesi" bu üzdən ona türkcə tərcüməçi axtarır. Həmçinin müqavilənin türkcə versiyası da hazırlanmalıdır. Artıq sabaha bu müqavilənin imzalanacağı bildirilir.
Lakin Əliyev bu məsələni təkzib edib: "Bu yazılanlar doğru deyil. Mənim müqavilə bağlamamağımın səbəbi dediyim məsələ ilə bağlıdır. O da yaxın 1-2 günə həllini tapacaq" (prosport.az).