1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Amil Yunanov: “Qələbələrimizi sıralamağa çalışacağıq”
"İlk oyunlar, çempionatın başlanğıcı həmişə ağır olur. Çox sayda qol imkanından istifadə edə bilmədik”.
Sportnet.az xəbər verir ki, bunu "Sumqayıt”ın hücumçusu Amil Yunan Azərbaycan Premyer Liqasının ilk turundan "Kəpəz” üzərində 2:1 hesablı qələbəni şərh edərkən deyib.
Matçın 74-cü dəqiqəsində "Sumqayıt”a qələbə gətirən qola imza atan 24 yaşlı futbolçu bildirib ki, birici matça görə pis təsir bağışlamayıblar: "Xeyli hücumlarımız oldu ki, bu da sevindirici haldır. Qələbələrimizi sıralamağa çalışacağıq. İlk görüşdə qalib gəlmək komanda üçün yaxşı oldu. "Kəpəz” də yaxşı kollektivdir”.
Qeyd edək ki, "Sumqayıt” avqustun 20-də II tur çərçivəsində "Qəbələ”nin qonağı olacaq.