Azərbaycan çempionatının I divizionunda mübarizə aparan "Şahdağ” klubunun vitse-prezidenti istefa verib.
Sportnet.az xəbər verir ki, Rüstəm Əzimov tutduğu postu tərk edib.
Qeyd edək ki, Əzimov 2011-ci ildən "Şahdağ"ın mətbuat katibi, 2016-cı ildə isə vitse-prezident vəzifəsinə təyinat almışdı.









































































