1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Solbakken üçün əlamətdar oyun
"Kopenhagen” və "Qarabağ” komandaları arasında keçiriləcək Çempionlar Liqasının "pley-off” mərhələsinin cavab oyunu Danimarka təmsilçisinin baş məşqçisi Stole Solbakken üçün əlamətdar olacaq.
Sportnet.az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, 49 yaşlı mütəxəssis avqustun 23-də avrokuboklarda 100-cü oyununa çıxacaq. Son 10 ev oyununda "Kopenhagen" yalnız 1 dəfə uduzub. "Qarabağ” isə cari mövsümdə qitənin ən nüfuzlu klub turnirinin II və III təsnifat mərhələsində müvafiq olaraq, "Samtredia” (1:0) və "Şerif”i (2:1) məğlub edib. "Qarabağ" ilk "pley-off" görüşündə "Kopenhagen"i minimal hesabla yenib - 1:0. İndi Solbakken yubiley matçında bu məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.
Qeyd edək ki, Stole Solbakken futbolçu karyerasını ürəyində yaranan problemlə əlaqədar 32 yaşında məhz "Kopenhagen”də başa vurub. O, daha əvvəl 2006 - 2011-ci illərdə paytaxt klubunda baş məşqşi vəzifəsində çalışıb. 2012-2013-cü illərdə Almaniyanın "Köln” və İngiltərənin "Vulverhempton” komandalarında etimadı doğrultmayan norveçli mütəxəssis yenindən "Kopenhagen”ə dönüb.