1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Milan"ın sabiq futbolçusu tuman geyinəcəyinə söz verdi
Rumıniyanın "Dinamo” komandasının baş məşqçisi Kosmin Kontra Portuqaliya "Sportinq”i ilə Çempionlar Liqasının (ÇL) "pley-off” mərhələsi çərçivəsində səfər heç-heçəsindən sonra maraqlı açıqlama verib.
Sportnet.az-ın Buxarest təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 42 yaşlı mütəxəssis 0:0 hesabı ilə yekunlaşan oyunun ardından ÇL-in qrupuna vəsiqə qazanacaqları təqdirdə, cavab qarşılaşmasından sonra mətbuat konfransına tumanla gələcəyini söyləyib: "Styaua” Lissabonda yaxşı oyun göstərdi. Yaxşı nəticəyə nail olmaq üçün onlara kömək etmək istəyirəm. Komanda ÇL-in qrupuna vəsiqə qazanacağı halda, mətbuat konfransına tumanla gələcəyimə söz verirəm. Əlbəttə, zarafat edirəm”.
Qeyd edək ki, bu kollektivlər arasında cavab oyunu avqustun 23-də Buxarestdə olacaq. Kontra futbolçu karyerası ərzində "Milan", "Atletiko", "Vest Bromviç" kimi klubların formasını geyinib.