Küveyt Futbol Assosiasiyası hakimlərin Bakıda təlim-məşq toplanışı keçməsinə şərait yaradılması ilə bağlı AFFA-ya müraciət edib.
Sportnet.az-ın məlumatına görə, müraciət əsasında bu gündən Bakı Olimpiya Stadionunda küveytli hakimlərin toplanışı başlanıb. Sentyabrın 6-dək davam edəcək toplanış müddətində məşqlər yerli fiziki hazırlıq məşqçisi tərəfindən aparılacaq.
Hazırlıq prosesinin yekununda test keçirilərək sertifikatlaşdırılma aparılacaq.