
Futbol üzrə 2016/2017 mövsümündə Çempionlar Liqasında (ÇL) çıxış etmiş ən yaxşı qapıçı, müdafiəçi, yarımmüdafiəçi və hücumçu nominasiyaları üzrə qaliblərin adlarını açıqlanıb.
Sportnet.az-ın məlumatına görə, müvafiq olaraq, Canluici Buffon ("Yuventus”), Serxio Ramos, Luka Modriç, Kriştianu Ronaldu (hamısı "Real Madrid”) ən yaxşı elan ediliblər.
Qeyd edək ki, qaliblərin adları Monakoda keçirilən ÇL-in qrup mərhələsinin püşatma mərasimi zamanı açıqlanıb. Ən yaxşı seçilənlərə UEFA-ın xüsusi mükafatları təqdim olunub