"Çelsi" klubu İngiltərə Premyer Liqasında III tur matçına çıxıb. Sportnet.az-ın məlumatına görə, rəqib "Everton" olub.
Londondakı "Stemford Bric" stadionunda keçirilmiş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0. Qolları 27-ci dəqiqədə Sesk Fabreqas, 40-cı dəqiqədə isə Alvaro Morata vurub.
Bu qələbə sayəsində xallarını 6-ya çatdıran "Çelsi" hələlik 6-cı pilləyə yüksəlib. 4 xalı olan "Everton" isə 12-ci pilləyə enib.
Qeyd edək ki, "Çelsi" Çempionlar Liqasında "Qarabağ"la eyni qrupda yer alıb. İki komanda arasındakı ilk görüş sentyabrın 12-də elə "Stemford Bric"də təşkil olunacaq. Təkrar qarşılaşma isə noyabrın 22-də Bakıda baş tutacaq.