
İtaliyanın "Roma" klubu "Sampdoriya"nın forvardı Patrik Şiki rekord məbləğ qarşılığında heyətinə qatıb.
Sportnet.az-ın İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Roma" 21 yaşlı çex futbolçu ilə 5 illik müqavilə imzaladığını rəsmən bəyan edib. Klub keçid üçün qarşı tərəfə 38 milyon avro ödəyib ki, bu da paytaxt təmsilçiləri üçün rekord göstəricidir.
Qeyd edək ki, gənc hücumçu ötən ildən "Sampdoriya"nın şərəfini qoruyurdu.