
"Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Roma” klubu yoxlama görüşündə qüvvəsini sınayıb.
Sportnet.az-ın məlumatına görə, klub Braziliya təmsilçisi "Şapekoense” ilə üz-üzə gəlib. Görüş italyanların 4-1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, "Roma” ÇL-in qrup mərhələsinin II turu çərçivəsində sentyabrın 27-də "Qarabağ”ın qonağı olacaq.