1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qarabağ"ın ev oyunları turizmin inkişafına təsir edəcək"
"Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki ev oyunlarının Bakıda keçirilməsi böyük turistik imkandır”.
Sportnet.az xəbər verir ki, bunu Azərbaycan Turizm və Menecment Universitetinin Rektor səlahiyyətlərini icra edən Eldar Aslanov deyib. O bildirib ki, "Qarabağ”ın ev oyunları idman turizminin inkişafına müsbət təsir edəcək: "Dünyadan nümunə olaraq, Barselona kimi digər şəhərlərə axın edən turistlərin əsas motivasiyası məşhur idman klublarının arenalarına baş çəkməkdir. Oyunlar olmasa belə turist kimi o arenada şəkil çəkdirmək, klubun suvenirlərini almaq mühüm bir turist təmayülüdür. Ona görə, "Qarabağ” FK-nın Çempionlar Liqasında ev oyunlarını paytaxtda keçirməsi Avropanın məşhur klublarının çoxsaylı azarkeşlərinin ölkəmizə gəlməsinə şərait yaradacaq. Bu isə xarici turistlərin Azərbaycanın gözəllikləri ilə tanış olmasına səbəb olacaq.
"Qarabağ”ın ev oyunları Avropa ölkələrinin telekanalları vasitəsilə yayımlanacaq. Beləliklə, Avropa ölkələrinin sakinləri Bakı və Azərbaycanla televiziya vasitəsilə bir daha tanış olacaq. Futbol klublarının ulduz oyunçuları mətbuata və televiziyalara ölkəmiz haqqında təəssüratlarını bölüşəcək. Bu sayədə digər xarici ölkələrin turistlərində də Azərbaycana maraq yaranacaq.
Bütün bunları nəzərə aldıqda "Qarabağ”ın qələbəsi həm Azərbaycan həqiqətlərinin, həm də ölkəmizin turizm potensialının təbliği üçün əhəmiyyətli rol oynayır”.
Qeyd edək ki, "Qarabağ” Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində ev oyunlarını sentyabrın 27-də İtaliyanın "Roma”, oktyabrın 18-də İspaniyanın "Atletiko”, noyabrın 22-də isə İngiltərənin "Çelsi” komandalarına qarşı keçirəcək. Oyunların Bakı Olimpiya Stadionunda keçirilməsi qərara alınıb (sherg.az).