1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ramil Quliyev: "Qarabağ" daha böyük uğurlara qadirdir"
Türkiyəni təmsil edən əslən azərbaycanlı atlet Ramil Quliyev "Qarabağ”ın Çempionlar Liqasının qrup mərəhləsinə vəsiqə qazanmasından danışıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə "Anadolu" agentliyinə açıqlama verən 27 yaşlı idmançı "Qarabağ”ın tarixi uğur qazandığını söyləyib. Onun fikrincə, Ağdam komandası daha böyük uğurlar qazanmağa qadirdir: "Qarabağ"ın Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində təmsil etməsi məni çox sevindirdi. Bu Azərbaycan futbolunun uğurudur. "Qarabağ" daha böyük uğurlar qazanmağa qadirdir. Ümid edirəm, yaxşı nəticələr qazanaraq bizi daha da qürurlandıracaqlar".
Qeyd edək ki, Ramil Quliyev ötən ay Londonda keçirilən dünya çempionatında kişilərin 200 metr məsafədə qaçış yarışında qalib olmuşdu. Quliyev avqustda Birmingemdə təşkil edilən "Brilliant Liqa"da da birinci olub (qol.az).