1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Beşiktaş"ın hücumçusu və "Çelsi"dən rekord payı
Futbol üzrə Çempionlar Liqasında 2017-2018 mövsümü rekordla başlayıb.
Sportnet.az-ın məlumatına görə, ilk turun 16 qarşılaşmasında ümumilikdə 54 qol vurulub. Komandalar birinci yarış günündə 28 dəfə fərqləniblər. Ən çox qola İngiltərənin "Çelsi" ("Qarabağ"la oyunda 6:0) və Fransanın PSJ (Şotlandiyada "Seltik"lə görüşdə 5:0) komandaları imza atıb. İkinci yarış günündə isə 26 qol vurulub. Rekordu yeniləyən sonuncu qolun müəllifi isə Türkiyə "Beşiktaş"ının hücumçusu Rayan Babel olub. Hollandiyalı futbolçu Portuqaliyada "Portu"nu 86-cı dəqiqədə məyus edib - 3:1.
Qeyd edək ki, bu rekord Çempionlar Liqasının hazırkı formatına əsasən müəyyənləşdirilib. Əslində 2010-2011 mövsümünün ilk turunda qapılara 63 qol vurulub. Amma həmin formatda ikinci qrup mərhələsi də olub.