
"Futbol üzrə o qədər də yaxşı mütəxəssis deyiləm, amma "Çelsi" - "Qarabağ" oyunun nəticəsindən xəbərim var".
Sportnet.az xəbər verir ki, bunu jurnalistlərə Böyük Britaniyanın Avropa və Amerika məsələləri üzrə naziri Alan Dankan deyib.
Britaniyalı nazir "Qarabağ"ın "Çelsi"ni udmalı olduğunu deyib: "Necə ki, Bakıdayam, deyirəm ki, siz də "Çelsi"ni Bakıda 6:0, hətta 7:0 udun".
Qeyd edək ki, "Qarabağ" səfərdə "Çelsi"yə 0:6 hesabı ilə uduzub. (Report)