İngiltərənin "Çelsi" klubunun futbolçusu Tyemue Bakayoko "Mercedes-Benz G-Class" markalı avtomobili ilə qəza törədib. Sportnet.az-ın "The Sun"a istinadən məlumatına görə, hadisə 23 yaşlı yarımmüdafiəçi London komandasının məşqindən qayıtdığı vaxt baş verib. 
Fransalı oyunçu xəsarət almayıb və hazırda evindədir. 
Qeyd edək ki, Tyemue Bakayoko ötən yay Fransa "Monako"sundan transfer olunub. O, 6 oyuna 1 qol vurub. "Çelsi" Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindəndir. Bakayoko məhz Ağdam komandasını 6:0 hesabı ilə yendikləri görüşdə fərqlənib. 









                 





    
    
    
    
    
    
    
    
    






















































