
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi sürücülərə və nəqliyyat vasitələri sahiblərinə müraciət edib.
Sportnet.az-ın "Report”a istinadən məlumatına görə, idarə sentyabrın 27-də keçiriləcək "Qarabağ” – "Roma” oyunu ilə əlaqədar olaraq, Bakı Olimpiya Stadionu ətrafında təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyini sürücülərin diqqətinə çatdırıb.
Buna görə də, stadion ətrafında süni sıxlığın, tıxacın, yol-nəqliyyat hadisələrinin baş verməməsi üçün azarkeşlərdən yarışın keçiriləcəyi Bakı Olimpiya Stadionuna ictimai nəqliyyatdan istifadə etməklə gəlmələri xahiş olunur.
Qeyd edək ki, oyun saat 20:00-da başlanacaq.