
İtaliyanın "Roma" klubunun "Qarabağ"la Çempionlar Liqasının qrup mərhələsinin II tur matçı üçün Bakıya gətirəcəyi heyəti açıqlanıb. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, baş məşqçi Eysebio Di Françesko Azərbaycan paytaxtına 19 oyunçu ilə gələcək.
Onlardan 2-si qapıçı, 5-i müdafiəçi, 7-si yarımmüdafiəçi, 5-i hücumçudur. Heyətdə zədəli olduğu bildirilən Dieqo Perotti də var. Əvəzində baldırında problemi olan Hektor Moreno səfərə çıxmayacaq.
"Roma"nın heyəti:
Qapıçılar: Alisson Bekker, Lukaş Skorupski
Müdafiəçilər: Juan Jesus, Aleksandr Kolarov, Federiko Fazio, Bruno Peres, Kostas Manolas
Yarımmüdafiəçilər: Raca Nainqqolan, Kevin Strotman, Lorenzo Pelleqrini, Daniele De Rossi, Maksim Qonalon, Alessandro Florenzi, Gerson
Hücumçular: Dieqo Perotti, Edin Dzeko, Cengiz Ünder, Qreqorye Defrel, Stefan El Şaravi.
Qeyd edək ki, sentyabrın 27-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ” – "Roma” matçı saat 20:00-da başlanacaq.