
Çempionlar Liqasının II turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Roma" görüşünü izləmək üçün oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionuna getmək istəyən azarkeşlər ciddi problemlə üzləşiblər.
Sportnet.az xəbər verir ki, xeyli sayda insan metronun "Koroğlu" stansiyasında sıxlıqda qalıb. Hazırda demək olar ki, hərəkət etmək mümkün deyil.