Türkmənistan və Kurasao milli komandalarının heyəti açıqlanıb.
Sportnet.az xəbər verir ki, paytaxt təmsilçisinin üzvləri Elman Taqayev Türkmənistan, Ayron Stati isə Kurasao milli komandasının heyətinə dəvət olunub.
Türkmənistan yığması oktyabrın 10-da Asiya kubokunun seçmə mərhələsi çərçivəsində Aşqabadda Sinqapur milli komandasının qəbul edəcək. Kurasao komandası isə hazırlıq matçında səfərdə Qətər yığması ilə üz-üzə gələcək. Baş məşqçi Remko Bisentininin dəvət göndərdiyi 21 futbolçu arasında Statinin də adı var.
Komandanın digər üzvü Pərviz Qaraxanov isə 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasına dəvət olunub.
Xatırladaq ki, U-21 oktyabrın 6-da Avropa çempionatının seçmə mərhələsi çərçivəsində səfərdə almaniyalı həmyaşıdları ilə qarşılaşacaq.