
İtaliya A Seriyasında VIII turunda "Roma" doğma meydanda lider "Napoli" ilə üz-üzə gəlib. Sportnet.az-ın məlumatına görə, matç qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
"Olimpiko" stadionundakı qarşılaşmada yeganə qolu 20-ci dəqiqədə Lorentso İnsinye vurub. Bununla da ardıcıl 8-ci qələbəsini qazanan "Napoli" 24 xalla liderliyini möhkəmlədib. 15 xala malik "Roma" isə 5-cidir.
Qeyd edək ki, "Roma" Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindəndir.